Qreqori Menkyu | |
---|---|
ing. Greg Mankiw | |
Doğum tarixi | 3 fevral 1958[1][2] (66 yaş) |
Doğum yeri | |
Elm sahəsi | iqtisadiyyat |
İş yeri | |
Təhsili |
Prinston Universiteti; MTİ; Harvard Hüquq Məktəbi |
Elmi rəhbəri | Stenli Fişer |
Tanınmış yetirməsi | Ceyson Furman |
Üzvlüyü | |
gregmankiw.blogspot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolas Qreqori Menkyu (ing. Nicholas Gregory Mankiw; d. 3 fevral 1958[1][2], Trenton[4]) — hazırda Harvard Universitetində İqtisadiyyat professoru olan Amerikalı makro-iqtisadçı. Menkyu daha çox yeni Keynesçi iqtisadiyyatına verdiyi töhfələrinə görə tanınır.
Menkyunun iqtisadiyyat və iqtisadi siyasət mövzusunda bir çox yazıları mövcuddur. 2016-cı ilin aprelində akademik nəşrlərə, sitatlara və müvafiq metriklərə əsaslanan RePEc ümumi sıralaması onu təxminən 50,000 müəllif arasından dünyanın 23-cü ən nüfuzlu iqtisadçısı adına layiq gördü. H-indeksi ilə aparılan analizlərə əsasən Menkyu ən çox sitat gətililən 11-ci və ən məhsuldar olan 9-cu tədqiqat iqtisadçısı seçildi. Bundan əlavə, Menkyu bir sıra bestseller dərslik kitablarının müəllifi, populyar bir bloq yazıçısıdır. O, 2007-ci ildən etibarən The New York Times-ın bazar günü biznes bölməsi üçün hər ay məqalələr yazır . 2011-ci ildə İqtisadiyyat professoru anketi Menkyunu sıralama da Pol Krugmandan sonra, Daron Acemoğludan isə əvvəl olmaqla 60 yaşına çatmamamış, ikinci ən favorit yaşayan iqtisadçı adlandırdı .
Menkyunun görüşləri konservativdir və o bir neçə Respublika siyasətçisinin iqtisadi məsləhətçisi olmuşdur. 2003-cü ildən 2005-ci ilədək Menkyu prezident Corc Buşun başçılığı altında İqtisadi Məsləhət Şurasının sədri idi. 2006-cı ildə Mitt Romni üçün iqtisadi məsləhətçi oldu və onunla 2008 və 2012-ci illərdə prezidentlik kampaniyaları zamanı çalışdı.